Sabirabadda bıçaqlanma hadisəsi olub.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlfağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb.
Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.
Qeyd edək ki, hadisəni İ.Zərbəliyevin kürəkəni törədib. O, eyni zamanda qayınanasına da xəsarətlər yetirib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.