Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.
YeniAvropa xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Rəna Əhədova COVID-19-dan dünyasını dəyişib.
Yaxınlarının sosial şəbəkədə paylaşdığı məlumata görə, 52 yaşlı müəllim 1991-ci ildən AzTU-da voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.