logo

İtalyan pilot İstanbul tunelindən uçaraq “Ginnesin Rekordlar kitabı”na düşüb

18:16 06-09-2021 | icon 3570
İtalyan pilot İstanbul tunelindən uçaraq “Ginnesin Rekordlar kitabı”na düşüb

İtalyan pilot Dario Costa dünyada ilk dəfə saatda 245 kilometr sürətlə tuneldən uçaraq “Ginnesin Rekordlar kitabı”na düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, uçuş İstanbulun Şimali Marmara şosesinin Çatalca bölgəsindəki tunelində xüsusi dizayn edilmiş “Zivko Edge 540” yarış təyyarəsi ilə 43,44 saniyədə həyata keçirilib.

D.Costa bu nümayişlə “Dünyanın ən uzun tunel uçuşunu” həyata keçirərək “Ginnesin Rekordlar kitabı”na adını yazdırıb.

Pilot uğurunu İstanbulun rəmzlərindən biri olan “15 İyul Şəhidlər Körpüsü”nün altında uçaraq qeyd edib.