Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, onlar Qurbanov Əbülfət Tanrıverdi oğlu, Rəhimov Ziyəddin Aşur oğlu, Yusifov Alik Elşən oğlu, Novruzov Rəşad Lətif oğlu, Həmidov Mahur Mahir oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Vidadi Ələkbər oğlu, Səlimzadə Tural Vasif oğlu, Atakişiyev Nəriman Qələndər oğlu, Muradov Tanırverdi Mədəd oğlu, İsmayılov Rüfət Fəxrəddin oğludur.
Həmin qazilərin Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.