Şəkidə Qida Festivalı keçirilib
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində sentyabrın 4-də Şəkidə Qida Festivalı keçirilib.
YeniAvropa xəbər verir ki, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən “Marxal” Müalicə İstirahət Kompleksində təşkil olunan festivalda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Şəki şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Festivalın rəsmi açılış mərasimində Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edərək, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin regionlarda yerli qida məhsullarının potensialının, eləcə də kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılması məqsədi daşıdığını bildirib.
Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkidə Qida Festivalının keçirilməsinin heç də təsadüfi olmadığını, gözəl təbiəti, dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri, nadir sənətkarlıq növləri, təkrar olunmayan mətbəxi sayəsində bu şəhərin yerli və beynəlxalq turizmin sürətlə inkişaf etdiyi bir əraziyə çevrildiyini bildirib. Diqqətə çatdırıb ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Şəki, eyni zamanda, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2019-cu ildə isə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Avropa İttifaqının nümayəndəsi Viktor Bojkov çıxışında Azərbaycanın olduqca zəngin mədəniyyətə və mətbəx nümunələrinə malik olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkinin Azərbaycanda festivallar şəhəri kimi də tanındığını, hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi, şirniyyat və teatr festivallarının şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərli isə festivalın əsas məqsədinin yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etmək olduğunu bildirib.
Sonra festival iştirakçılarına Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının ənənəvi milli yeməkləri və kənd təsərrüfatı məhsulları təqdim edilib.
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib