İranın Minab şəhərində koronavirusa yoluxan 101 və 103 yaşlı bacılar müalicə aldıqdan sonra sağalıblar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, hazırda onlar evə buraxılıb və özlərini yaxşı hiss edirlər.
Səhiyyə Nazirliyin açıqlamasına görə son 24 saat ərzində İranda 20 min 404 nəfər virusa yoluxub, 515 nəfər isə bu xəstəlikdən həyatını itirib. Bununla da ölkədə yoluxanların ümumi sayı 5 milyon 103 min 537 nəfərə, ölənlərin ümumi sayı isə 110 min 64-ə çatıb. Müalicəsi davam edən 7 min 744 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda bu günə kimi 4 milyon 332 min 892 nəfər sağalaraq evə buraxılıb.