logo

Türkiyədə yük qatarı mikroavtobusla toqquşdu: 6 nəfər öldü

14:49 04-09-2021 | icon 3423
Türkiyədə yük qatarı mikroavtobusla toqquşdu: 6 nəfər öldü

Türkiyənin Tekirdağ vilayətində yük qatarı ilə mikroavtobus toqquşub. İlkin məlumata əsasən, hadisə nəticəsində altı nəfər həlak olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, qəza Tekirdağın Ergene rayonunda baş verib. Hadisə nəticəsində yaralıların da olduğu bildirilir.

Bölgəyə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.