Sabirabadda dini mərasim keçirməyə cəhd edildi: 10 nəfər cərimələnib, 2 nəfər həbs edildi
Ötən gün gecə saat 22 radələrində Sabirabad rayonunun Cavad kənd sakini Böyükkişi Məmmədovun həyətinə toplaşan 40-45 nəfər xüsusi karantin rejiminin tələblərini pozaraq dini mərasim keçirməyə cəhd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları bu cəhdin qarşısını alıblar. İzahedici söhbətlərdən sonra həmin şəxslər dağılışıblar.
Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimələnib, 2 nəfər isə inzibati qaydada həbs edilib.