logo

Dənizdə batan şəxsi xilas etməyə çalışan gənc polis özü də boğulub

12:53 03-09-2021 | icon 1778
Dənizdə batan şəxsi xilas etməyə çalışan gənc polis özü də boğulub

Əlahiddə Çevik Polis Alayının polis nəfəri 21 yaşlı İbrahim Əlosmanov ötən gün saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, həmin ərazinin dərin olması və yüksək dalğalar polis əməkdaşının boğulan şəxsi xilas etməyə imkan verməyib. Nəticədə polis əməkdaşı və onun xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımov dənizdə boğularaq həlak olublar.

"Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",-deyə DİN-in məlumatında qeyd edilib.