Qobustan rayon sakini 1986-cı il təvəllüdlü Billurə Rəsulovanın cari il martın 18-də yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Qobustan rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürdüyü müəyyən olunub.
İş üzrə toplanmış sübutlar əsasında Elnur Rəsulova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.