Səbail rayonu ərazisində yolu keçən Bakı şəhər sakini Azər Əliyev müəyyən edilməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Shacman” markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini E.Babayev müəyyənləşdirilərək saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.