Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonunun Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Rayon prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1986-cı il təvəllüdlü Hüseyn Əsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürdüyü müəyyən olunub.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq davam edir.