logo

Türkiyədə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

20:50 01-09-2021 | icon 3367
Türkiyədə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Türkiyədə bu il mayın 6-dan bəri yeni növ koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, sutka ərzində xəstəlikdən 290 nəfər dünyasını dəyişib. Pandemiya başlayandan ölkədə ən çox ölüm aprelin 30-da olub (394 nəfər).

Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 302 869 nəfər test edilib, 23 946 yeni yoluxma halı qeydə alınıb.