logo

Ağdam polisi bərdəli reket jurnalistin fəaliyyətini araşdırır

18:58 01-09-2021 | icon 1631
Ağdam polisi bərdəli reket jurnalistin fəaliyyətini araşdırır

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək