logo

Dövlət Neft Fondunun xarici ölkələrdə 13 törəmə şirkəti var

16:55 01-09-2021 | icon 3213
Dövlət Neft Fondunun xarici ölkələrdə 13 törəmə şirkəti var

Dövlət Neft Fondu (ARDNF) 2011-ci ilin oktyabr ayında Cənubi Koreyada yaratdığı "MAPS21" şirkətini ləğv edib.

YeniAvropa xəbər verir ki, bu barədə Fondun audit hesabatında məlumat əksini tapıb.

Buna səbəb Fondun həmin ölkədə aldığı daşınmaz əmlakı ötən il satmasıdır.

Hazırda ARNDF ölkə xaricində 13 törəmə şirkətə malikdir. Bunlardan 5-i Böyük Britaniyada (Cersi), 5-i Lüksemburqda, 1-i Yaponiyada, 1-i Fransada, 1-i isə Rusiyada yerləşir. Şirkətlərdən 12-də Fondun payı 100%, 1-də (Yaponiyada) isə 98%-dir. 13 şirkətdən 9-u əmlakın, 4-ü isə investisiyanın idarə edilməsi məqsədi ilə yaradılıb.