Sentyabrın 1-də Səbail rayonu ərazisində yolu keçən Bakı şəhər sakini Azər Əliyev müəyyən edilməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, hadisə nəticəsində A.Əliyev hadisə yerində ölüb.
Hadisə ilə bağlı Səbail rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.