logo

Neftçalada ərini öldürüb həyətində basdıran qadının məhkəməsi başlayır

13:11 01-09-2021 | icon 1673
Neftçalada ərini öldürüb həyətində basdıran qadının məhkəməsi başlayır

Bu il mayın 6-da Neftçala rayonunun Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Neftçala rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumata görə, istintaqla müəyyənləşdirilib ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb.

Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.