logo

Baş prokuror Kamran Əliyev Türkiyəyə səfərə gedib

11:33 01-09-2021 | icon 1547
Baş prokuror Kamran Əliyev Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkəyə səfərə gedib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfərin məqsədi Ankarada Türkiyə Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun yeni inzibati bina kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak etməkdir.