Gəncə şəhərində 17 yaşlı oğlan intihar edib.
YeniAvropa xəbər verir ki, hadisə Hacıkənd qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü E.Məmmədov yaşadığı evin həyətində ağacdan özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. İntiharın səbəbi hələ ki, məlum deyil. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.