logo

İranda koronovirusdan ölənlərin sayı 107 min nəfəri ötüb

16:15 31-08-2021 | icon 3325
İranda koronovirusdan ölənlərin sayı 107 min nəfəri ötüb

Son sutka ərzində İranda koronavirusa 31 min 319 nəfər yoluxub, 643 nəfər isə ölüb.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 milyon 992 min 63 nəfərə, ölənlərin sayı isə 107 min 794-ə çatıb.

Müalicəsi davam edən 7 min 879 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 4 milyon 205 min 927 nəfər sağalaraq evə buraxılıb.