logo

Türkiyədə 5 bal gücündə zəlzələ oldu

14:54 31-08-2021 | icon 3297
Türkiyədə 5 bal gücündə zəlzələ oldu

Türkiyənin Kütahya vilayətinin Altıntaş rayonunda 5 bal gücündə yeraltı təkan qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 13:04-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.