logo

Gəncədə 5 aylıq küçəyə atdılar

14:13 31-08-2021 | icon 1589
Gəncədə 5 aylıq küçəyə atdılar

Gəncə şəhərində bu gün səhər saatlarında küçəyə atılmış körpənin vəziyyəti normaldır. 

YeniAvropa xəbər verir ki, bu barədə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev məlumat verib.

O bildirib ki, uşaq xəstəxanada müayinə olunub və vəziyyəti yaxşıdır, hər hansı problemi yoxdur.

Baş həkimin sözlərinə görə, müayinə əsasında çəkisinə görə körpənin 5 aylıq olduğu ehtimal olunur.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə bildirib ki, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə ŞBPİ-də müvafiq araşdırmalar aparılır.