Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, işə qəbulla bağlı həkimlər ərizələrini "[email protected]" elektron ünvanına göndərməlidirlər.
Müraciət edənlərdən tələb olunan sənədlər isə bunlardır:
-ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır),
-şəxsiyyət vəsiqəsi,
-diplom,
-internatura vəsiqəsi,
-sertifikat
-əmək kitabçası