Ruslar haqqında zarafat edən və buna görə 10 gün inzibati qaydada həbs cəzası çəkən "stend-up" komediyaçı İdrak Mirzəlizadənin “ölkədə olmasını ömür boyu arzuolunmazdır".
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi bəyanatında deyilir.
"İctimai çıxışında İdrak Mirzəlizadə, ruslara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bununla əlaqədar olaraq, onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınır. Təqdimat formasından asılı olmayaraq, millətlərarası münasibətlərin sabitliyini pozmağa yönələn ifadələr yolverilməzdir", - deyə qurumun yaydığı məlumatda qeyd olunur.
İyulun 30-da "YouTube"da "Razqonı" yumoristik verilişinin efirində Mirzəlizadənin zarafatına görə inzibati iş qaldırılıb. Komediyaçı Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3.1 ("Nifrət və ya düşmənçiliyə təhrik, habelə insan ləyaqətinin alçaldılması") maddəsini pozmaqda ittiham olunur.
Avqustun 9-da Moskvanın Tagansky rayon məhkəməsi komediyaçıya hökm oxuyub. Ruslarla zarafat edən Mirzəlizadə on günlük inzibati həbs alıb. Daha sonra Moskva şəhər məhkəməsi bu qərarı qanuni elan edib.
Xatırladaq ki, bundan əvvəl analoji hadisə diplomat İsfəndiyar Vahabzadə ilə bağlı da yaşanmışdı.