logo

Həbsdə olan deputatdan xəbər var

16:10 30-08-2021 | icon 2079
Həbsdə olan deputatdan xəbər var

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovdan xəbər var.

YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili İlqar Əliyev məlumat verib.Bildirib ki, ötən həftə Eldəniz Səlimovla görüşüb və onun vəziyyəti yaxşıdır.

"Saxlanma şəraitindən razıdır. Səhhəti də normaldır. Hər şey qaydasındadır”,-deyə vəkil bildirib. 
Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.