logo

Bərdədə qardaş qardaşı öldürüb transformatorun içinə atdı

10:30 30-08-2021 | icon 1750
Bərdədə qardaş qardaşı öldürüb transformatorun içinə atdı

Avqustun 28-i saat 20 radələrində Bərdə rayonunun Hacallı kənd sakini 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin kənd ərazisində transformatorun içində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Bərdə rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, peşəkar prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərovun tanışı 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra onun ölmədiyini görüb transformatorun içərisinə salaraq qəsdən öldürdükləri müəyyən olunub.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda istintaq davam edir.