logo

Prezident Qırğızıstanda parlament seçkilərini noyabrın 28-nə təyin etdi

10:15 29-08-2021 | icon 3276
Prezident Qırğızıstanda parlament seçkilərini noyabrın 28-nə təyin etdi

Qırğızıstan parlamentinə seçkilər 2021-ci il noyabrın 28-nə təyin edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı Qırğızıstan prezident Sadır Japarov müvafiq fərman imzalayıb.

Fərmana əsasən,  noyabrın 28-i yeni çağırış Qırğız Respublikası Joqorku Keneşə deputat seçkisi günü təyin edilib.

Qeyd edək ki, avqustun 27-də ölkədə Seçkilər Haqqında Konstitusiya Qanunu qüvvəyə minib. Qanunda deputat seçkisinin yeni qaydası təsbit edilib. Deputatların sayı 120-dən 90-a endirilib. Onlardan 54-ü proporsional, 36-sı majoritar sistem üzrə seçiləcək. Əvvəlki qaydada ölkənin ali qanunverici orqanı yalnız partiya siyahıları əsasında formalaşdırılırdı.