logo

Əfqanıstandan qaçan qadın təyyarədə ana oldu

21:51 28-08-2021 | icon 3374
Əfqanıstandan qaçan qadın təyyarədə ana oldu

"Türk Hava Yolları" ilə təxliyə zamanı Əfqanıstan vətəndaşı olan qadın ana təyyarədə olub.

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti" agentliyi məlumat yayıb. Bildirilir ki, qadının və dünyaya gətirdiyi körpə qızın vəziyyəti yaxşıdır.

Aviaşirkətdən verilən məlumata görə, doğum zamanı təyyarədə həkim olmadığından qadına heyət yardım etməli olub. Yeni doğulan uşağa Həvva adı verilib.

Xatırladaq ki, daha əvvəl də Əfqanıstandan evakuasiya olunan qadın ABŞ HHQ-nin təxliyə reysinin göyərtəsində qız övladı dünyaya gətirmişdi.

Əfqanıstandan təxliyə uçuşlarında indiyədək 3 uşağın dünyaya gəldiyi bildirilir.