Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” Teleqüllə Kompleksinin və Fatmayı RTYS-nın ərazisində hasarlanma işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
YeniAvropa xəbər verir ki, bu barədə vahid dövlət satınalmaları portalında məlumat yerləşdirilib. Bildirilir ki, tenderin qalibi fiziki şəxs "Qasımov Niftulla Hafiz oğlu"dur.
Qalibə 1 milyon 260,5 min manat ödəniləcək.
Qeyd edək ki, Qasımov Niftulla Hafiz oğlunun dövlət büdcəsinə 426,79 manat vergi borcu var.