“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin baş direktoru Beydulla Qarayev mənimsəmədə təqsirləndirilir.
YeniAvropa xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırlıq iclası sentyabrın 6-na təyin edilib.
İşə hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq.