logo

Daha bir müəllim koronavirusdan dünyasını dəyişdi

16:46 26-08-2021 | icon 1981
Daha bir müəllim koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda daha bir təhsil işçisi koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki,Zəngilan rayonunun 6 nömrəli tam orta məktəbinin texnologiya müəllimi Gülzar Mədət qızı Rüstəmova "COVİD-19"a yoluxması səbəbindən dünyasını dəyişib.

Xatırladaq ki, bu , cari həftədə orta təhsil işçiləri arasında sayca ikinci ölüm hadisəsidir. Belə ki, iki gün əvvəl Hövsan qəsəbəsində yerləşən 270 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Gülzar Heydər qızı Həsənova da koronavirusdan dünyasını dəyişmişdi.