logo

Nəvə toyunda koronavirusa yoluxan baba və nənə eynu gündə vəfat etdi

20:50 25-08-2021 | icon 2037
Nəvə toyunda koronavirusa yoluxan baba və nənə eynu gündə vəfat etdi

Bakıda kişi və xanımı eyni gündə koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, paytaxt sakinləri, 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində koronavirus infeksiyasına yoluxublar.

Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığdakı modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

 Q.Quliyev və S.Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.