logo

Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan təxliyəsinə başlanılıb

20:20 25-08-2021 | icon 3157
Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan təxliyəsinə başlanılıb

Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan təxliyəsinə başlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Əfqanıstandakı mövcud vəziyyət və şərtlər dəyərləndirilərək Türkiyə Silahlı Qüvvələrinin bu ölkədə olan hərbi qulluqçularının təxliyəsinə qərar verilib: “Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1129 mülki şəxs təxliyə edilib".