Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 2021-ci il 1 aprel tarixli sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə həmin hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyənləşdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna isə Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.