Yanvar-iyul aylarında Azərbaycana 474 milyon 615 min ABŞ dolları dəyərində 47 min 374 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, ölkəyə gətirilən avtomobillərin 64-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 44 min 48-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 3198-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 64-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.