Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.
Xidmətdən YeniAvropa-ya verilən xəbərə görə, Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, o cümlədən Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda şimşək və göy gurultusu qeydə alınıb.
Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində 2 saat ərzində 35 millimetr (aylıq normanın 61 faizi) yağıntı düşüb. Nəticədə məntəqədən gecə saatlarında sel keçib. Bundan əlavə, düşən yağıntının miqdarı Kişçayda (Şəki) 14, Xınalıqda 13, Qrızda 8, Sarıbaş (Qax), Gəncədə 7, Qusarda 6, Quba, Şəkidə 5, Şinçay Şin, Daşkəsəndə 4, Mingəçevir, Nabran, Gədəbəydə 3, Qəbələ, Xaçmaz, Şəmkirdə 2, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Sumqayıt və Bakıda 1 millimetrədək olub.