Bu gün AzTV-nin “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud(Məmmədova), bir neçə saat sonra isə həyat yoldaşı koronavirusdan dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə həmin redaksiyanın baş redaktor müavini Azər Qismət "Facebook" hesabında məlumat paylaşıb:
"Redaksiyamızın rejissoru Arzu Mövlud vəfat etdi. Rəhmət diləyirəm. Nə yaşın vardı ki... Bir anlıq düşündüm: Ona pislik etməmişdim ki...qəlbin qırmamışdım ki...xatırladım ki, yox, bunu etməmişəm. Yoxsa, vicdan ağrısı qovurardı içimi. Nur icində yat, gözündən gülən qız. Səni həmişə xatırlayacağıq.
P.S. Arzu Mövlud bir anlıq boğulma içində vəfat edib. Yoldaşı da komadadır. Diaqnoz: Covid."
Bir neçə saat sonra isə Azər Qismət növbəti kədərli statusunu paylaşıb:
"Bayaq rejissorumuz Arzu Mövludun həyat yoldaşı da vefat etdi. Bir gunde bir evde iki neferin son gunu. Nur icinde yatsinlar. 2 ovladlari vardi. Ozunuzu qoruyun. Sosial mesafeni qoruyun".