logo

Ukrayna müstəqilliyinin 30 illiyini təntənəli hərbi paradla qeyd edib

19:59 24-08-2021 | icon 3150
Ukrayna müstəqilliyinin 30 illiyini təntənəli hərbi paradla qeyd edib

Kiyevin mərkəzindəki  Maydanda Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş təntənəli hərbi parad keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, paradda Ukrayna prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Zelenski, keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko, Petro Poroşenko və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.

Paradın açılışı zamanı balaca ukraynalı qızın hərbçiləri gül ilə qarşılaması Vladimir Zelenskini kövrəldib, ölkə başçısı göz yaşlarına hakim ola bilməyib. Prezident çıxışında Ukraynanın 30 illik yox, min illik dövlət olduğunu bildirib. O Ukraynanın müstəqilliyinin tək ukraynalılar deyil, ölkə vətəndaşı olan bütün etnik xalqlar üçün də dəyərli olduğuna əminliyini ifadə edib. Prezident çıxışında Ukraynanın ərazi bütövlüyünün bərpasına da toxunub.

0-1-2

Зaradda təqdim olunan hərbi texnikalar, əsasən Ukraynanın öz istehsalı olub. Onlardan bir hissəsi artıq hərbi döyüşlərdə istifadə olunur, bir hissəsi isə arsenala yeni daxil edilib. Məsələn, “Neptun” raketləri. Eyni zamanda əməkdaşlıq etdiyimiz ölkələrdən aldığımız texnikalar da var. Türkiyə istehsalı olan pilotsuz “Bayraktar”ı misal göstərmək olar. Bu uçuş aparatının Qarabağın azad olunmasında oynadığı roldan sonra Ukrayna ordusunun arsenalına da daxil edilməsi qərara alınıb. Bundan başqa, Ukraynanın unikal “Olxa” və “Verba” reaktiv sistemləri də nümayiş olundu. Ümumilikdə, paradda 5 mindən çox hərbçi iştirak etdi. 100 uçuş aparatı, 400 hərbi texnika nümayiş olundu”, - hərbi ekspert əlavə edib.

Qeyd edək ki, Müstəqillik Günü ilə bağlı hərbi parad Kiyevdən başqa, Ukraynanın Odessa şəhərində də keçirilib.