13 il əvvəl Gəncədə törədilmiş qətlin üstü açılıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 13 il əvvəl Gəncədə törədilmiş qətl hadisəsinin üstünün açılması ilə bağlı birgə məlumat yayıb.
Hər iki qurumun mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ildə Gəncə şəhər sakini 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstü açılıb.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, Gəncə şəhər sakinləri 1986-cı il təvəllüdlü Salayev Seymur Mehman oğlu və dostu Qirin Şəhriyat Usaməddin oğlu Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər. Onlar 2008-ci il mayın 13-də saat 21 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, qarşılıqlı söhbət edən zaman planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkib, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.
Cinayət işi üzrə Seymur Salayev və Şəhriyat Qirin cari il avqustun 23-də Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib