logo

 COVID-19 pasportu olmayan 66 nəfər ötən gün toya buraxılmayıb

10:50 24-08-2021 | icon 4130
 COVID-19 pasportu olmayan 66 nəfər ötən gün toya buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 23-də Bakıda və respublikanın digər ərazilərində 11 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, monitorinqlər 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 66 nəfər toy şənliklərinə buraxılmayıb.