logo

Sentyabrın 1-də balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir

10:07 24-08-2021 | icon 3997
Sentyabrın 1-də balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir

Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr 1-də bitir.

YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

A.Səmədovanın sözlərinə görə, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov qaydaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində (eco.gov.az) tanış ola bilərlər.