logo

Rusiyanın “Rokos” şirkəti Azərbaycana mebel istehsal edəcək

21:51 23-08-2021 | icon 2989
Rusiyanın “Rokos” şirkəti Azərbaycana mebel istehsal edəcək

Rusiyanın Şimali Osetiya Respublikasında qeydiyyatdan keçmiş “Rokos” şirkəti sentyabr ayından etibarən Azərbaycana mebel istehsalına başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Şimali Osetiyanın İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.Bildirilib ki, bu barədə müvafiq saziş respublika sahibkarlarının Azərbaycana səfəri zamanı imzalanıb.

Qeyd olunur ki, daha iki şirkətin – potensial tərəfdaşların mütəxəssisləri “Rokos”un istehsal sahələri və imkanları ilə tanış olmaq üçün Vladiqafqaza səfər planlaşdırır.

Şimali Osetiyanın sahibkarlarının Bakıda olduğu dövrdə, həmçinin “T-Cosmetics” (dezinfeksiyaedici, parfümeriya-kosmetika məhsulları), “Buxardon” (mineral su və limonadlar) və “Alaniya buzlaqları” (əriyən buzlu su) şirkətləri tərəfindən məhsulların təqdimatları keçirilib.

Məlumata görə, danışıqlar uğurlu olub, gələcək əməkdaşlığın detalları üzərində iş aparılır.