logo

“Chevrolet” 73 min elektromobili geri çağırıb

17:11 23-08-2021 | icon 3157
“Chevrolet” 73 min elektromobili geri çağırıb

ABŞ-ın avtomobil istehsalçısı olan “General Motors” yanğın riski ehtimalına görə “Chevrolet Bolt” elektromobilləri geri çağırıb.

YeniAvropa  Türkiyə mətbuatına istinadla xəbər verir ki, “LG” istehsalı olan batareyalar quraşdırılmış “Bolt”un 2019-2022-ci il modelləri əsasında buraxılan 73 min elektromobilin sahibi - hüquqi və fiziki şəxslər bununla bağlı məlumatlandırılıb.

Həmçinin texnologiya nəhəngi olan “LG”, “General Motors” elektromobillərdə aşkarlanan qüsuru qısa zamanda aradan qaldırmaq üçün müştərilər və iş ortaqları ilə fəal şəkildə işə başlayıb.

Geri çağırma çərçivəsində təmir işlərinin ümumi dəyərinin 1 milyard dollar ola biləcəyi bildirilir.

Xatırladaq ki, eyni problemlə üzləşən “Hyundai Motor” şirkəti yanğın təhlükəsi ehtimalına görə, 82 min elektromobili geri çağıraraq “LG” batareyalarını dəyişdirmək üçün 900 milyon dollar xərcləyib.