logo

“Xəzər TV“ Xoşqədəmin gedişinə münasibət bildirdi

15:58 23-08-2021 | icon 1813
“Xəzər TV“ Xoşqədəmin gedişinə münasibət bildirdi

Aparıcı Xoşqədəm Hidayətqızı "Xəzər TV" ilə yollarını ayırıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Xəzər Media Mərkəzindən verilən məlumatda bildirilib.Qeyd edilib ki, "Səni axtarıram" verilişi yeni mövsümdə telekanalda yayımlanmayacaq.

"Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra "Xəzər TV"də "Səni axtarıram" verilişinin yayımı planlaşdırılmır",- deyə açıqlamada vurğulanıb.