logo

Məhəmməd Cavad Zərif vəzifəsindən getdi

15:43 23-08-2021 | icon 3031
Məhəmməd Cavad Zərif vəzifəsindən getdi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vəzifəsindən gedib.

 YeniAvropa xəbər verir ki, bu Zərif özünün "İnstagram" hesabında paylaşım edib.

O, İran xalqına təşəkkür edib, bütün çatışmazlıqlara görə üzr istəyib. Bildirib ki, son səkkiz ildə bütün xarici siyasət məqsədlərinə çatmaq mümkün olmayıb.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif 2013-cü ildən İranın XİN rəhbəri vəzifəsində çalışıb. Ümumilikdə isə diplomatiya sahəsində 40 illik təcrübəyə malikdir.