Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.
Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 270 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Gülzar Heydər qızı Həsənova koronavirusa yoluxma nəticəsində həyatını itirib.
YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Gülzar Həsənova 1956-cı ildə Bakı şəhərində anadan olub.
Ailəlidir, 3 övladı var. 1984 –cü ildən 270 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən gün iki müəllim koronavirusdan dünyasını dəyişib. Zəngilan rayon 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Əfşan Hilal qızı Bəşirova və AMEA Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Polad Rəsul oğlu Xəlilov koronavirus infeksiyasından vəfat ediblər.