logo

Türkiyədə əhalinin 74 faizi koronavirusa qarşı bir doza peyvənd olunub

16:22 22-08-2021 | icon 2779
Türkiyədə əhalinin 74 faizi koronavirusa qarşı bir doza peyvənd olunub

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə sürətlə davam edir. Buna baxmayaraq, gündəlik yoluxmada nəzərəçarpan dərəcədə azalma yoxdur. Ölüm sayında isə artım müşahidə olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ən son məlumata görə, Türkiyə üzrə COVID-19 infeksiyasına qarşı birinci, ikinci və üçüncü doza ilə peyvənd olanların ümumi sayı 89 milyon nəfərə yaxınlaşır. Bir doza ilə peyvənd olunanlar ölkə əhalisinin təxminən 74 faizini təşkil edir. İki doza vaksin qəbul edənlərin sayı isə 34 milyon 963 min 740 nəfərdir.

Qeyd edək ki, avqustun 21-də Türkiyədə 282 min 857 nəfər koronavirus infeksiyasına qarşı testdən keçirilib. Onların 19 min 351 nəfərində virus aşkarlanıb. Sutka ərzində 232 xəstə pandemiyanın qurbanı olub. Gündəlik yoluxma sayında sürətli artım davam edir.