“Taliban”ın Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan etməsindən sonra bu ölkədə olan və vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.
YeniAvropa xəbər verir ki, növbəti təxliyə prosesi zamanı daha 379 nəfər Əfqanıstandan Türkiyəyə göndərilib.
Onlar gecə saatlarında Kabilin Hamid Karzai beynəlxalq hava limanından Türkiyənin Hərbi Hava Qüvvələrinə aid iki təyyarə ilə qardaş ölkəyə yola salınıblar.
Bu şəxslər COVID-19 ilə bağlı müvafiq prosedurlar çərçivəsində evlərində karantin rejimində qalacaqlar.