logo

Tunis prezidentinə sui-qəsd hazırlanıb

13:13 22-08-2021 | icon 2744
Tunis prezidentinə sui-qəsd hazırlanıb

Tunis prezidenti Kais Saidə sui-qəsd hazırlayan şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən bu ölkənin sahilyanı şəhərində həbs edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə “Arabnews” nəşri məlumat yayıb.

Yerli “Əl Çuruk” qəzetinin xəbərində qeyd olunub ki, həbs olunan şəxs ölkə başçısının tezliklə səfər edəcəyi sahilyanı şəhərdə sui-qəsd hazırlayıb. Sui-qəsdçinin Tunisdə gizli fəaliyyət göstərən “Yalquzaqlar” hərəkatına mənsub olduğu bildirilir.

Dövlət telekanalında çıxış edən prezident Kais Said deyib ki, sui-qəsddən qorxmur və ölkədə qayda-qanun möhkəmlənə qədər mübarizəsini davam etdirəcək.

Bir ay əvvəl ölkə parlamentini buraxan və hökuməti tam tərkibdə istefaya göndərən Kais Said Tunisin daxilində və xaricdə bir sıra dairələrin güclü təzyiqi ilə üzləşib. Lakin xalqın əksəriyyəti onun korrupsiyaya bulaşmış məmurlarla mübarizəsini dəstəkləyir.