logo

Cırtdan ölkənin şahzadəsi vəfat etdi

12:12 22-08-2021 | icon 2653
Cırtdan ölkənin şahzadəsi vəfat etdi

Lixtenşteyn knyazı II Hans-Adamın xanımı, şahzadə Mariya (Mariya Kinsk fon Vxinis və Tettau) vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Hökumət evinin yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, şahzadə Mariya 81 yaşında dünyasını dəyişib.

Şahzadənin şənbə günü ailəsinin əhatəsində öldüyü bildirilir. Açıqlamaya görə, o, çərşənbə günü insult keçirib, bundan sonra səhhəti tədricən pisləşib.

Mariya 1940-cı ildə Praqada anadan olub. 1967-ci ildə II Hans-Adamla ailə qurub, cütlüyün dörd övladı var.